Depressiya ilə mübarizə aparan cihazlar satışa çıxarıldı

Böyük Britaniyada depressiya ilə mübarizədə kömək edəcək cihazlar satışa çıxarılıb.

Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar zəif eletrik boşalması ilə xəstəliyin simptomlarını yüngülləşdirəcək.

Yenilik qeyri-invaziv müalicə üsulu tətbiq edir – dəriyə cərrahi müdaxilə olunmur. Zəif elektrik boşalması beynin ön hissə nahiyəsini stimullaşdıracaq.

Qadjetin çalışması üçün telefona “virtual terapevt” mobil əlavəsini yükləmək lazım olacaq. Cihazdan isə 6 həftə ərzində hər seansı 30 dəqiqə olmaqla 18 dəfə istifadə olunmalıdır.

Share: