Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Sədr müavini Fəzail İbrahimli deyib.
Milli Məclisin Sədr müavininin sözlərinə görə,Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman açıq formada işğalçı Ermənistanın mövqeyini birmənalı şəkildə müdafiə edib. “Fransa hökumətinin ümumiyyətlə Türk və İslam dünyasına münasibətdə digər Avropa ölkələrindən fərqli mövqe sərgiləməkdədir. Onu deyim ki, Fransa hər zaman Türkiyənin Avropa Birliyinə daxil olmasına ən ciddi maneçilik törədən ölkə olub. Türkiyənin yolunu bağlamağa çalışdılar. Nəticə nə oldu? Avropa Birliyi özü parçalandı. Digər bir məqam Fransa parlamenti uydurma erməni soyrırmını tanıyanları cəzalandırmaq barədə qərar etdi. Ümumiyyətlə Fransanın tarixi yetərincə ləkələrlə dolu bir ölkədir. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla sakini məhv edib. Özünü “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib”- millət vəkili qeyd edib.
Millət vəkili bildirib ki, biz 44 günlük müharibə zamanı da Fransanın ədalətsiz və proseslərə qeyri-adekvat münasibət bəslədiyinin şahidi olduq: “Fransa hər vasitə ilə Azərbaycanın əks-hücum əməliyyatlarının dayandırılmasına çalışırdı. O destruktiv fəaliyyətini üçtərəfli sülh bəyanatından sonra da davam etdirməkdədir. Məhz Fransa və digər ölkələrin sayəsində 28 il idi, münaqişə həll olunmurdu. Onlar istəyirdilər ki, daha 27 il keçsin və məsələ unudulub getsin. Məsələ ermənilərin xeyrinə həll olunsun. Amma yanıldılar. Xülyaları baş tutmadı. Azərbaycan Prezidentinin uzaqgörən, müdrik siyasəti nəticəsində həllini tapdı”.
Millət vəkili hesab edir ki, artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayıb. “O artıq bir keçmişdir. Rusiya Prezidenti Vladimir Putin bu günlərdə bəyan etdi ki, artıq Dağlıq Qarabağ problemi siyasi leksikondan silinib. Türkiyə ilə Rusiya arasındakı sivil münasibətlər nəticəsində Qarabağ problemi həll olundu. Cənab Prezident də məsələ ilə bağlı mövqeyini bəyan edib. Erməni millətindən olan insan da Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəyirsə, buyursun, gəlsin. Necə ki, digrə millətlərin nümayəndəsi yaşayır və yaxud da erməni başqa ölkədə hansı statusla yaşayırsa, o cür yaşasın. Məgər hər ölkədə ermənilərə status verilir. Bir daha qeyd edirəm ki, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyirlərsə gəlsinlər. Odur ki, məsələyə kimlərinsə hansısa formada müdaxiləsi yolverilməzdir və bu ümumiyyətlə qeyri-mümkündür. Nəticə etibarı ilə Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi.
Bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır. Fransa bu hərəkətləri “dəyirman öz işindədir, çax-çax baş ağrıdar” məsəlinə bənzəyir. Odur ki, dünyada heç bir qüvvə Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Çünki haqq-ədalət Azərbycanladır və biz bunu sübut etdik”.