Deputat işsizliyin aradan qaldırılması üçün bölgələrdə müəssisələrin inşasını təklif edib

Azərbaycanın bölgələrində işsizliyin aradan qaldırılması üçün müəssisələrin inşası təklif olunur.

 

Bu təkliflə deputat Rüfət Quliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda çıxış edib.

 

Onun sözlərinə görə, bölgələrdə yaşayan əhalinin kommunal xərcləri və vergilərini 50 % miqdarında azaltmaqla işsizlik problemini aradan qaldırmaq olar: “Dövlət başçısının tapşırığı ilə Vətən müharibəsi iştirakçıları və qazilərə xüsusi diqqət və qayğı göstərilsə də, işsizlik problemi öz həllini tapmayıb. Bunun qarşısını hansısa formada almaq lazımdır. Bununla bağlı dəfələrlə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə müzakirələr aparmışam. Bakıda fabrik, zavod, emalatxanalar tikilirsə, niyə bunları Lənkəranda da inşa etmirlər? Bizə müraciət edən qazi və veteranların çoxu işləmək istəyir. Çünki aldıqları 80 manat müavinətlə nə edə bilərlər?! Həmin gənclərin özünüməşğulluqla əhatə olunmaları üçün müəyyən kvotalar ayrılmalıdır”.

Mənbə

Share: