Deputat mədəniyyət işçiləri ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 8 gündə 200-ə yaxın vətəndaşımızın qayğı və təkliflərini dinləyib.

Milletinsesi.az xəbər verir ki, bundan başqa, Qənirə Paşayevanın köməkçisi tərəfindən 100-dən çox müraciət dinlənilib, həlli istiqamətində addımlar atılıb.

Q.Paşayeva həmçinin son 8 gündə 30-a yaxın mədəniyyət sahəsi işçisini tək-tək qəbul edib, onların qaldırdıqları təkliflər barədə geniş fikir mübadiləsi aparıb və qurumlara müraciətlər göndərib.

Sakinlərin müraciətləri arasında isə müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.

Vətəndaşlarla müzakirələr zamanı Q.Paşayeva koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

 

Share: