Deputat öldü

Rusiya Dövlət Dumasının deputatı Nikolay Petrunin vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, deputat ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Petrunin Dumada Energetika Komitəsi sədrinin birinci müavini idi. 2016-cı ildən parlamentdə Tula vilayətini təmsil edir.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib: “Nikolay Yuryeviç peşəkar və məsuliyyətli insan idi, həmkarları arasında nüfuza malik idi, seçicilər ona etimad edirdilər”.

Mənbə

Share: