Deputat Novruz Aslanov oktyabrın 22-də şəhid Elnur Səmədovun 40 məclisində iştirak etmək üçün İsmayıllı rayonuna səfər edib.
Modern.az xəbər verir ki, İsmayıllı şəhərində millət vəkilləri Novruz Aslanov, Tahir Kərimli, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhid Elnur Səmədovun 40 mərasimində iştirak edib, ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı, 1988-ci il təvəllüdlü Elnur Sədaqət oğlu Səmədov sentyabrın 12-13-üErmənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!