Milli Məclisin Bərdədən seçilən deputatı Fatma Yıldırım seçiciləri ilə görüşüb.
Modern.az xəbər verir ki, YAP Bərdə rayon təşkilatının inzibati binasında keçirilən görüşdə 50-dən çox vətəndaş iştirak edib.
Deputat qeyd edib ki, seçicilərin müxtəlif istiqamətlər üzrə məsələlərini, problemlərini dinləyib, müraciətlərini qeydə alıb:
“Müraciətlər əsasən işsizlik, sosial müdafiə məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələləri əhatə edirdi. Bəzi müraciətlər elə yerindəcə aidiyyəti qurumlara yönləndirilməklə həllini tapdı.
Qeyd etmək istəyirəm ki, görüşlərimizdə şəhid ailələrinin problemlərinə xüsusi önəm verilir və həmin problemlərin həlli üçün əlimizdən gələn köməkliyi göstərəcəyimizə ümid edirəm.
Vətəndaş görüşlərimiz növbəti günlərdə də davam edəcək”.