Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Moskvada xəstəxanaya yerləşdirildiyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə “112” Telegram kanalında məlumat yayılıb.
Valuyev noyabrın 18-nə keçən gecə paytaxt klinikalarından birinə gedib. Deputatın ayağında problemlər yaranıb.
Müayinədən sonra həkimlər Valuyevi xəstəxanada saxlamaq qərarına gəliblər. Deputatın durumu ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil.
Rusiya Dövlət Dumasının deputatı, ağır çəkili boks üzrə keçmiş dünya çempionu Nikolay Valuyev sentyabrda Ukraynaya qarşı müharibəyə səfərbər olunmaq üçün çağırış vərəqəsi almışdı.