Rusiya Dövlət Dumasının deputatı, ağır çəkili boks üzrə keçmiş dünya çempionu Nikolay Valuev Ukraynaya qarşı müharibəyə səfərbər olunmaq üçün çağırış vərəqəsi aldığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə siyasətçi Telegram kanalında bildirib.
“Sıravi Valuyev Rusiya Federasiyası Dövlət Dumasında içalışdığı müddətdə rütbəsini qaldırmayıb. Vətən çağırırsa – gedəcəm”, – o deyib.
Deputat çağırış vərəqəsinin şəklini də paylaşıb. Orada Valuevdən sentyabrın 15-də Sankt-Peterburq Komissarlığında olması xahiş edilir.
Keçmiş idmançı bildirib ki, parlamentin plenar iclasları başa çatandan sonra hərbi komissarlığa getməyə hazırlaşır.
Sentyabrın 21-də prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. O bildirib ki, hərbi xidmətdə təcrübəsi olan, qoşunlar arasında tələbat olan hərbi ixtisaslara malik ehtiyatdakı hərbçilər səfərbər olunacaqlar. Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, 300 minə qədər adamın çağırılması planlaşdırılır.