
Son zamanlar İran prezidenti Məsud Pezeşkiana qarşı ittihamçlar artmağa başlayıb.
Millətin Səsi.az xəbər verir ki, son günlər bu ittihamlara yeniləri də əlavə olunub.
Dünən İran parlamentində təmsil olunan 30 deputat Pezeşkianın istefa verməsi tələbi ilə açıqlama yayıblar.
Deputat və sabiq səfir Əbülfəzl Zöhrəvand isə daha ağır ittihamla çıxış edib: “Pezeşkianın hərəkətləri müharibədən sonrakı birliyə çağırışlarla qısa müddətlik ört-basdır edilmiş hakimiyyət uğrunda mübarizənin kəskinləşdiyini göstərir. Pezeşkianın administrasiyası onun prezidentlik müddəti başa çatmadan İslam inqilabına son qoyacaq. Onlar düşünürlər ki, inqilaba və Xameneinin hakimiyyətinə son qoyaraq, yeni bir dövr başlada və İbrahim Razılaşmalarına qoşula bilərlər”.