Sabah deputatların məzuniyyəti başa çatır.
Modern.az xəbər verir ki, Milli Məclis 1 yanvardan ayın 15-dək tətilə buraxılıb.
Parlamentin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə millət vəkilləri məzuniyyətdə sayılırlar.
16 yanvar -31 yanvar tarixlərində Milli Məclis komitələrinin iclasları keçiriləcək. Parlamentin yaz sessiyası isə fevralın 1-də başlanacaq, 31 mayadək davam edəcək.