2020-ci il 9 fevralda keçiriləcək parlament seçkilərinə namizədliyin irəli sürülməsində xüsusi aktivlik müşahidə olunur.
Milletinsesi.az xəbər verir ki, deputatlığa namizədliyini verənlər içərisində jurnalistlər də az deyil.
Onlardan bəzilərini təqdim edirik:
Nəsimi Paşayev (Bakı Metropoliteninin sabiq mətbuat katibi) – 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi.
Razi Abbasbəyli (Gundeminfo.az saytının baş redaktoru) – 63 saylı Sabirabad 1-ci seçki dairəsi.
Zahir Əzəmət (Qaynarinfo.az saytının baş redaktoru) – 45 saylı Abşeron seçki dairəsi.
Ceyhun Musaoğlu – 45 saylı Abşeron seçki dairəsi.
Tural Turan (Hafta.az saytının əməkdaşı, şair) – 102 saylı Samux-Şəmkir seçki dairəsi.
Qeyd edək ki, seçkiyə qatılmaq qərarını elan edən başqa media nümayəndələri də var, lakin hələlik onlar DSK-lara rəsmi müraciət etməyiblər.