Desantlarımız terrorçu qrupun rəhbərini belə ələ keçirdi – Video

Desantlarımız terrorçu qrupun rəhbərini belə ələ keçirdi – Video

Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix – 2026” (“Anadolu Ankası – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.

Bu barədə Milletinsesi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılara təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri, həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması və xilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetmə bölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikopter vasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri “fast rope” üsulu ilə eniş edərək binada mövqe tutmuş şərti terrorçu qrupu zərərsizləşdirib və qrup rəhbərini ələ keçiriblər.

Əməliyyatın növbəti mərhələsində ərazi üzərində tam nəzarət təmin edilib, pilot təhlükəsiz şəkildə təxliyə olunub. Tapşırığın uğurla icrasından sonra şəxsi heyət helikopter vasitəsilə ərazini tərk edib.

Publika.az

Share: