Di Françesko La Liqa klubunda

“Roma”nın sabiq baş məşqçisi Eysebio di Françeskonun yeni klubu müəyyənləşib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis “Sevilya” ilə anlaşıb. La Liqa təmsilçisinin yeni təyinatı gələn həftə açıqlayacağı bildirilir. İtaliyalı mütəxəssislə 2 illik müqavilə nəzərdə tutulub.

Qeyd edək ki, “Sevilya” martda Pablo Maçini qovduqdan sonra komandanı mövsümün sonuna qədər  Xakin Kaparros çalışdırıb. Əndəlüs təmsilçisi La Liqada mövsümü 6-cı pillədə başa vurub.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: