Diabet xəstələri üçün möcüzəvi çay

 2-ci diabet bir çox insanın həyatını çətinləşdirən xəstəliklərdən biridir. Xüsusilə qan şəkərinin yüksəlməsi bu xəstələr üçün olduqca narahatedici haldır.

Millətin Səsi.azMedicina.az-a istinadən xəbər verir ki, elmi araşdırmalar yeməkdən sonra qan şəkərinin yüksəlməsinin qarşısını çobanyastığı çayı ilə almağın mümkün olduğunu sübut edib.Xüsusilə 2-ci tip diabetlilər gündə 3 stəkan çobanyastığı çayı içərək qan şəkərini tarazlaya bilərlər.“Qızıl çay” adlandırılan çobanyastığı çayının qlisemik nəzarətə və antioksidant səviyyələrinə necə təsir etdiyini araşdıran tədqiqatçılar 64 iştirakçı üzərində təcrübə aparıblar. 30-60 yaşlı insanlar 2-ci tip şəkərli diabetdən əziyyət çəkirdilər. Onlar 8 həftə ərzində hər yeməkdən sonra gündə 3 dəfə çobanyastığı çayı içiblər. Başqa bir qrup isə çobanyastığı çayı əvəzinə su içib.

Tədqiqatlar çobanyastığı çayı içən qrupda HbA1c və serum insulin səviyyələrinin “əhəmiyyətli dərəcədə” azaldığını və nəzarət qrupu ilə müqayisədə ümumi antioksidant qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərib. Araşdırma çobanyastığı çayının diabet riskini azaltmağa kömək edə biləcəyini də sübuta yetirib.Bununla belə, elm adamları deyirlər ki, daha geniş populyasiya ilə tədqiqatlara ehtiyac var.

Share: