Dietoloqdan mühüm xəbərdarlıq – İsti çay içməyin!

“Təsadüfi deyil ki, xəstəliklərin böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar yaranır. Çox isti çay içmək və çox isti xörək yemək enzimlərin ifrazını dayandırır, mədənin zədələnməsinə səbəb olur”.

Bu sözləri dietoloq Nərgiz Nəzirova deyib.

Ekspert bildirib ki, yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil.

“Çünki su 10-15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmolmanı pozur. Çox yeməyə can atmaq lazım deyil, çox yemək orqanizm üçün lüzumsuz və səmərəsiz əlavə zəhmət, ağır yükdür. Düzgün qidalanma qaydasında başlıca məqsəd onikibarmaq bağırsaqda qidaların çürüyərək zəhərli maddələrə parçalanmasının qarşısını almaqdır. Ona əməl edən hər kəs sağlam və gümrah yaşayır, mənən və ruhən güclü olur”, – deyə dietoloq qeyd edib.

N.Nəzirova həzmsizlik problemi yaşayanlar üçün alternativ həll yolu tövsiyə edib:

“Bunun üçün yeməklərdən 30 dəqiqə əvvəl 1 çay qaşığı alma sirkəsini 1 çay qaşığı balla qarışdırıb bir bardaq ilıq suyun içinə qoyun. Bu qarışımı içərək həzmsizlik problemindən tam azad ola bilərsiniz”./Publika.az

Share: