DİM məktəblilər və abituriyentlər üçün ali təhsil müəssisələrinin sərgisini keçirəcək

DİM məktəblilər və abituriyentlər üçün ali təhsil müəssisələrinin sərgisini keçirəcək

30 – 31 iyul və 1 avqust tarixlərində Dövlət İmtahan Mərkəzində yuxarı məktəblilər və abituriyentlər üçün ali təhsil müəssisələrinin sərgisi keçiriləcək.

Bu barədə Milletinsesi.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, sərgi çərçivəsində iştirakçılar universitetlər və müxtəlif ixtisas sahələri ilə yaxından tanış olmaq, həmçinin psixoloqlarla birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Dövlət İmtahan Mərkəzinin psixoloqlar komandası da sərgidə olacaq və iştirakçılar üçün maarifləndirici materiallar, praktik dəstək vasitələri təqdim edəcəklər.

Sərgidə iştirak etməklə siz müxtəlif öyrədici materiallarla tanış olmaqla yanaşı, əyləncəli viktorinada iştirak etmək və ən əsası DİM-in mütəxəssisləri tərəfindən hazırlanmış “Peşə seçimi” testlərindən ödənişsiz yararlanmaq imkanı əldə edə biləcəksiniz.

Bu testlər aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkürün növləri üzrə test;
2. Şəxsi xüsusiyyətlər testi;
3. Peşə maraqları testi.

Qeyd edək ki, testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktik səmərəliliyi təsdiq olunub.

Testlər kompüterlər vasitəsilə elektron formada keçirilir, nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Sərgidə iştirak etmək və testlərdən yararlanmaq üçün verilən qeydiyyat forması doldurulmalıdır:
https://portal.dim.gov.az/sergi/

Share: