
Yanvarın 1-də saat 13 radələrində paytaxtın Nizami rayonu ərazisində, “Şəfa” stadionun yaxınlığında Bakı şəhər sakinləri V.Abdullayevin idarə etdiyi “Mercedes” və P.Əlizadənin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nəticədə V.Abdullayev, sərnişinləri A.Allahyarova və K.Namazova hadisə yerində, P.Əlizadə və sərnişini J.Aslanova xəstəxanada ölüb.
Hazırda faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.