Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Millətin Səsi.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev nazirliyin yayılan görüntülərdən məlumatlı olduğunu bildirib.
Onun sözlərinə görə, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır:
“Təfərrüat ətraflı araşdırmadan sonra məlum olacaq”.