Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin 5 əməkdaşına polis kapitanı rütbəsi verilib.
Modern.az Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı, Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov, Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov, Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev və Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov polis kapitanı rütbəsinə layiq görülüblər.
DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib.