DİN müdaxilə etməsəydi, bayramda faciələr yaşanacaqdı

DİN müdaxilə etməsəydi, bayramda faciələr yaşanacaqdı

Respublikamızda bayram günlərində  – 31 dekabr və 1 yanvar tarixlərində DİN-in “102 Zəng Mərkəzi”nə vətəndaşlardan – jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən daxil olan 176 məlumat üzrə polis əməkdaşları çevik müdaxilə ediblər.  

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

 

DİN rəsmisinin sözlərinə görə, vaxtında edilən hüquqi müdaxilə nəticəsində faktların hadisə çevrilməsinin qarşısı alınıb:

 

“Əsasən sərxoş vəziyyətdə ictimai qaydaya və ictimai təhlükəsizliyə xələl gətirən şəxslər əməllərindən çəkindirilib, onlar barəsində həbs növündə olmayan digər profilaktik tədbirlər görülüb.  

Qeyd olunanları nəzərə alaraq, təhlükəsizliyi həyat tərzinə çevirən, vaxtında məlumatlandırmanı təmin edən vətəndaşlarımıza minnətdarlıq edirik. Daxili İşlər Orqanlarının əməkdaşları fasiləsiz xidmətini davam etdirir”

Mənbə

Share: