DİN “SalamNews” və “İnteraz”da əməliyyat keçirdi

DİN “SalamNews” və “İnteraz”da əməliyyat keçirdi

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, DİN tərəfindən SalamNews İnformasiya Agentliyi və “İnteraz”da əməliyyat keçirilib.

 

Əməliyyat nəticəsində 6 nəfər saxlanılıb.

 

Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.

 

Əməliyyatla bağlı hələlik hər hansı rəsmi informasiya verilməyib.

Mənbə

Share: