“Dinamo” Mahir Emrelinin icarəyə verilməsinin səbəbini açıqlayıb

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun Azərbaycan millisinin futbolçusu Mahir Emrelini Türkiyə “Konyaspor”una icarəyə verməsinin səbəbi bəlli olub.

Bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib.

O bildirib ki, 26 yaşlı hücumçunun oyun təcrübəsi qazanması üçün bu addım atılıb: “Emrelinin yazda mümkün qədər çox oyun keçirməsinin onun üçün daha yaxşı olacağını düşündük. Bu səbəbdən forvardın Türkiyə klubuna transferinə razılıq verdik”.

Qeyd edək ki, anlaşmaya əsasən, Mahir Emreli cari mövsümün sonunadək “Konyaspor”un formasını geyinəcək. Hücumçunun “Dinamo” ilə 2026-cı ilədək müqaviləsi var.

Mənbə

Share: