“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstan “Dinamo”su ilə Tbilisidə keçirəcəyi I təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.
“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma İsraildən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim David Fuksmana Nati Dotan və Matityahu Yakobov yan xətt hakimləri qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək.
UEFA nümayəndəsi Lukas Soyski (Polşa), hakim-inspektor isə Uilyam Yanq (Şotlandiya) olacaq.
Qeyd edək ki, iyulun 7-də Tbilisidəki Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu komandalar arasında iyulun 14-də “Bakcell Arena”da gerçəkləşəcək cavab matçı saat 21:00 start götürəcək.