“Dİni təhsil adı altında gənclərimizin İrana aparılması tam dayandırılmalıdır”

“Dİni təhsil adı altında gənclərimizin İrana aparılması tam dayandırılmalıdır”

“Biz öz ərazimizdə ayıq-sayıq olmalı, müxtəlif humanitar qüvvələrin missiyalar adı altında, həmçinin, Azərbaycan ərazisində fəaliyyət göstərən İran təşkilatlarının fəaliyyətinə xüsusi diqqət yetirməliyik”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib.

 

Onun sözlərinə görə, bu günlərdə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən İran vətəndaşlarından və İranyönlü insanlardan ibarət terrorçu dəstənin aşkar olunması və həbs edilməsi bizim üçün həyəcan siqanlı olmalıdır: “İstər dövlət qurumları səviyyəsində, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində İranla olan bütün əlaqələr bir daha təftiş olunmalı, içərimizdən yola salınan terrorçular təhlükə baş vermədən zərərsizləşdirilməlidir. Xüsusilə dini pərdə altında həyata keçirilən qarşılıqlı səfərlər, İranda dini təhsil adı altında gənclərimizin bu ölkəyə aparılması tam dayandırılmalıdır. İran missionerlərinin digər ölkələrdəki terroçuluq fəaliyyəti və onların nəticələri haqqında ictimaiyyət geniş şəkildə məlumatlandırılmalıdır. Bütün bunlar ölkə ərazisində daim aparılmalı olan vacib işlərdir və İrandan gələn mümkün təhlükələri önələmək üçün zəruridir”.

 

“Lakin bunlarla yanaşı, İranda yaşayan soydaşlarımızın həyatına təhlükə, onların haqlarının müdafiəsi də Azərbaycan-İran münasibətlərində önə çıxarılmalıdır. Biz İran hakimiyyətindən onun ərazisində yaşayan 40 milyondan çox soydaşımızın bütün fundamental insan hüquqlarının təmin olunmasını tələb etməliyik. Çünki Urmiya gölünün məqsədli şəkildə qurudulması, azərbaycanlıların qədim yaşayış məskənlərindən köçürülməsi İran hakimiyyəti tərəfindən soydaşlarımıza qarşı həyata keçirilən soyqırımı hadisələridir. Biz həm ikitərəfli münasibətlər səviyyəsində, həm də beynəlxalq platformalarda bu cinayətlərə son qoyulmasını daha qətiyyətlə tələb etməli və İranda öz haqlarını müdafiə edən soydaşlarımızın mübarizəsinə dəstək verməliyik”, – deyə millət vəkili vurğulayıb.

 

Mərahim Nəsib

Mənbə

Share: