“Dini və əxlaqından razı qaldığınız biri qızınızı istəsə, onu evləndirin. Belə etməsəniz…”

“Ailə qurmaqda məqsəd Rəsulullahın fəxr etdiyi bir nəsil yetişdirmək deyilsə, bu cür izdivacın, və ya “çoxalma”nın heç bir mənası yoxdur…”

 

Rəsulullahın evliliyə təşviqi…

 

 

Evliliyi asanlaşdırmaq…

 

İslam evlənməyi asanlaşdırmışdır. Rəsulullah (s.ə.s)

 

“Evliliyin ən yaxşısı, ən asan olanıdır,”[11] – buyurmuşdur.

 

Evliliyin baş tutması üçün, tərəflərin razılığı və şahidlərin hüzurunda evləndiklərini elan etməsi kifayətdir. Kişinin qadına verəcəyi mehr də vəziyyətə görə dəyişə bilər. Nikah əsnasında mehrin deyilməməyi nikaha mane deyil…

 

Evliliyi elan etmək də lazımdır. Rəsulullah (s.ə.s.) qızı Fatimə ilə ailə qurmağa hazırlaşan Həzrət Əliyə: “Ey Əli, evlənən şəxs bunu elan etmək üçün yemək verməlidir”, – deyərək kasıb olmasına baxmayaraq, sadə də olsa, bir toy yeməyi verdirir.[12]

 

Bu və bənzəri səbəblərdə görə Rəsulullah (s.ə.s) ağıllı, yetkinlik yaşına çatmış və imkanı yetən hər müsəlmanı evlənmək sünnəsini yerinə yetirməyə səsləmişdir. Bu məsələdə gənclərin qarşısına maddi tələblər qoyulmamasını və lazımsız xərclərdən uzaq durmağı tövsiyə etmişdir. Nikahın özünün sünnəsi olduğunu bildirmişdir:

 

“Nikah mənim sünnəmdəndir. Kim mənim sünnəmə əməl etməzsə, məndən deyildir. Evlənin, mən digər ümmətlərin yanında sizin çox olmağınızla fəxr edəcəyəm.”[13]

 

Ailə qurmaqda məqsəd Rəsulullahın fəxr etdiyi bir nəsil yetişdirmək deyilsə, bu cür izdivacın, və ya “çoxalma”nın heç bir mənası yoxdur. O (s.ə.s), Allahı razı edən,  ilahi rızanı qazanmaq eşqi ilə alışıb yanan, dini  yaşayan və yaşadan bir nəslin çoxalmasını istəyir.

 

İnsan evlilik sayəsində həyatını nizama sala, özünü haramlardan qoruya, şərəf və namusunu mühafizə edə bilər. Qadın və kişinin sevgisi nikah sayəsində bir dəyər qazanır:

 

“Bir-birini sevənlər üçün nikah qədər sevgini artıran başqa bir şey yoxdur.”[14]  

 

Evlilik fərdləri haramlardan mühafizə etdiyi kimi cəmiyyəti də qoruyur. Fərdlər iffətli olanda cəmiyyət də fəzilətli olur.

 

Fikir soruşmaq…

 

Rəsulullah (s.ə.s.) ailə qurmaq istəyənlərin bir-birilərini görmələrini və tanımalarını istəyərdi.[15]

 

Çünki bir ömür bərabər yaşamaq arzusu ilə qurulacaq bu birliyin sevgi üzərinə qurulması və tərəflərin bir-birini istəmələri və bəyənmələri son dərəcə əhəmiyyətlidir. Qadınların fikirləri alınmadan evləndirilməmələrini istəyən həzrət Peyğəmbər öz qızı həzrət Fatiməni evləndirərkən bunu birbaşa tətbiq etmiş və onun rəyini alaraq həzrət Əli (r.a.) ilə evləndirmişdir.[16]

 

Qızını evləndirmək istəyən valideynlərə də Rəsulullahın (s.ə.s) tövsiyəsi var:

 

“Həm dini, həm də əxlaqından razı qaldığınız bir nəfər qızınızı istəsə, (qızınızı) onu(nla) evləndirin. Belə etməsəniz, yer üzündə fitnə-fəsad yayılar.”[17]

 

Qıza verilən cehiz…

 

Mənbələrdə Həzrət Fatimənin (r.anha) cehizi haqqında bunlar var: yorğan yerinə məxmər bir örtük, ələk, dəsmal, bir bardaq, əl dəyirmanı, bir tuluq, iki su səhəngi, içi xurma lifi ilə doldurulmuş bir dəri döşəkçə, örtük, dəridən düzəldilmiş qab və su tuluğu.[18] Məxmər yorğanın qısa olduğu, başa çəkəndə ayaqların açıq qaldığı ayrıca qeyd olunur.

 

Gənc ailə ilə maraqlanmaq…

 

Peyğəmbər (s.ə.s.) Fatiməni ərə verəndən sonra da qayğısını əsirgəməmiş, hər məsələdə də onun yanında olmuşdur.[19] Qızına tez-tez Fatiməyə baş çəkmiş, bəzən də gecənı qızının evində keçirmişdir.[20]

 

Rəsulullah (s.ə.s) qızlarına həddindən artıq can yandırmış və bağlı olmuşdur. Ailə qurduqdan sonra da görüşəndə alınlarından öpmüş,[21] ağladıqları zaman öz əlləri ilə göz yaşlarını silmişdir.[22] Bu qayğı və səmimiyyət hər məsələni çəkinmədən Peyğəmbərə (s.ə.s) demələrinə imkan vermişdir.

 

Xülasə, ailə cəmiyyətin əsasıdır. Bu əsası möhkəmləndirmək, sağlam təməllər üzərində qurmaq nöqteyi-nəzərindən Rəsulullahın (s.ə.s) evliliyə təşviqi və etdiyi tövsiyələr böyük əhəmiyyət kəsb edir…

 

Mənbələr:

 

[11] Əbu Davud, Nikah, 32.

[12] İbn Sad, Təbəqat, 8/21.

[13] İbn Macə, Nikah, 1.

[14] İbn Macə, Nikah, 1.

[15] Müslim, Nikah, 74, 75; Tirmizi, Nikah, 5; Nəsai, Nikah, 17.

[16] İbn Sad, Təbəqat, 8/20; Nəsai, Nikah, 31, 32.

[17] Tirmizi, Nikah, 3.

[18] İbn Sad, Təbəqat, 8/23

[19] İbn Həcər, əl-Mətalibul-Aliyə, 2/39.

[20] İbn Həcər, əl-Mətalibul-Aliyə, 11/240-241.

[21] Münavi, Feyzul-qadir, 5/174.

[22] Hakim, Müstədrək, 4/48.

 

Meneviyyat.az

Mənbə

Share: