Diplomlara tələb azalır, dəyərdən düşür – Rektor

Universitetlətin müasir şəraitdə üzləşdiyi ən böyük və hətta təhlükəli problemi ondan ibarətdir ki, onlar peşəkar təhsil sahəsində artıq öz monopoliyasını itirirlər. Belə ki, universitetlərin ən böyük üstünlüyü verdikləri diplomdur. Diplomlara isə getdikcə tələb azalır, bilik, vərdiş və bacarıq göstəricisi kimi tədricən dəyərdən düşür.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, yaxşı mütəxəssis göstəricisi kimi diplom artıq heç də hər zaman “sübut” deyil:

“Digər çox ciddi problem isə rəqəmsallaşma dövründə nüfuzlu texnoloji şirkətlərin mövcud universitetlərin rəqabətqabiliyyətli rəqiblərinə çevrilməsidir. Ona görə də,​ çox böyük sürətlə dəyişən və qeyri-müəyyənlik səviyyəsi durmadan artan dünyaya universitetlərin uyğunlaşması üçün vahid və dəyişməyən standartlara ehtiyac olmadığını düşünürük. Bu baxımdan hamı üçün vahid, eyni və məcburi olan standartlar əsasında ali təhsilin ciddi inkişafına ümid bəsləmək yanlışdır. Və vaxt limiti isə böyük deyil”.

Share: