Direktor olmaq istəyənlərin elektron müraciətləri yoxlanılıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.

Nazirlikdən Milletinsesi.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 4992 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 3270 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Yaxın günlərdə test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.

Test imtahanı mәrhәlәsindә namizәdlәrә әmәk, tәhsil qanunvericiliyi və mәntiq üzrə 60 test tapşırığı tәqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir. Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir:

“Nəzərinizə çatdırırıq ki, fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər”.

Share: