Xerson vilayətindən keçən Dnepr çayının sol sahilində döyüşlər davam edir, lakin yeni şəhərlərin azad edilməsindən danışmaq hələ tezdir.
Modern.az xəbər verir ki, bu barədə Kaxovka, Nova Kaxovka və Oleşkidəki vəziyyətlə bağlı sualı cavablandıran onlayn brifinq zamanı Xerson Regional Şurasının deputatı Sergey Xlan bildirib.
“Hələlik yalnız Xerson vilayətinin sağ sahili hissəsindən, Xerson şəhəri haqqında müsbət danışmaq olar. Alyoşki, Kaxovka, Novaya Kaxovka haqqında danışmaq hələ tezdir. Oradan hələ ki, rəsmi məlumat yoxdur”, – Xlan bildirib.
Deputatın sözlərinə görə, o, artıq Ukrayna bayrağının məhz Yeni Kaxovkadakı “Gənclik” kinoteatrının yanında göründüyü barədə məlumat verib.
“Bəziləri bu məlumatı başqa cür qəbul etdilər. Kaxovkada da yeni bayraqlar peyda olub. Amma hələlik bu yaşayış məntəqələrinin Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi və nəzarətə götürülməsi barədə məlumat yoxdur. Baxmayaraq ki, sol sahildə döyüşlərin davam etdiyi məlumdur. Və düşünürəm ki, biz yenə də Silahlı Qüvvələrimizin rəsmi məlumatını gözləyək”, – Xlan bildirib.
Noyabrın 11-də Ukrayna hərbçiləri Xerson şəhərinə daxil olublar. Həmin gün axşam saatlarında Ukrayna prezidenti Vladimir Zelenski şəhərin işğaldan azad olunduğunu elan edib.
Noyabrın 13-də bildirildiyi kimi, həftənin əvvəlindən Dnepr çayının sağ sahilində 179 yaşayış məntəqəsi, o cümlədən Xerson və Snigirevka şəhərləri işğaldan azad edilib.
Baş Qərargahın məlumatına görə, Dneprin sol sahilindəki Kaxovka, Tavriysk və Novaya Kaxovkada Rusiya işğalçı qoşunlarının şəxsi heyəti azalır.