Azərbaycan Mərkəzi Bankı 24 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, iyunun 24-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.9097 manat müəyyənləşib.
1 türk lirəsi 0.2896 manat, 1 rus rublu 0.0264 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.6164 manatdır.