Dollar sabah bu qiymətə olacaq

Azərbaycan Mərkəzi Bankı 21 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdanverilən məlumata görə, iyunun 21-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9097 manat müəyyənləşib.

1 türk lirəsi 0.2896 manat, 1 rus rublu 0.0264 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.6164 manatdır.

Share: