Donald Tusk Azərbaycana gələcək

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk iyulun əvvəli Azərbaycana səfər edəcək.

Bu barədə ONA-ya Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri Denis Danilidis xəbər verib.

Məlumata görə, birgünlük səfər zamanı Donald Tusk Prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüş zamanı Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlər, yeni saziş və aviasiya sazişi ilə bağlı müzakirələr aparılacaq.

Səfərin proqramı Avropa Komissiyasının genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın iyunun 13-də Azərbaycana səfəri zamanı dəqiqləşəcək.

 

Share: