Donbas separatçılarının nümayəndəsi İtaliyada saxlanılıb

Donbas separatçılarının nümayəndəsi İtaliyada saxlanılıb

Ukraynanın Donbas bölgəsində bir neçə il separatçıların döyüşçüsü olmuş Alessandro Bertolini ötən həftə İtaliyanın Milan hava limanında saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bertolininin vəkili “RİA Novosti”yə bildirib.

 

O qeyd edib ki, müvəkkilinin ikili vətəndaşlığı var və Bertolini 2021-ci ildə Rusiya pasportu alıb. Ondan əvvəl isə qondarma “Donetsk XR” vətəndaşlığına dair sənədləri olub.

 

Onun sözlərinə görə, İtaliya tanımalıdır ki, Bertolininin Rusiya sərhədlərini qorumaq hüququ var, lakin məhkəmə bununla razılaşmasa, o zaman Bertolini İtaliya pasportundan imtina etməyə hazırdır.

 

İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 1-nə təyin edilib.

Mənbə

Share: