ABŞ və Britaniya Donbas konfliktinin həlli üçün yaradılan Normand formatına qoşula bilər.
Milletinsesi.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib. Onun sözlərinə görə, hər iki dövlət dialoq formatına yalnız Rusiya, Ukrayna, Almaniya və Fransanın icazəsindən sonra qoşulmağa hazırdır.
Qeyd edək ki, Bolton dünən Kiyevə səfər edib.