
Ukraynanın Donetsk şəhərindəki dəmiryol vağzalında güclü yanğın baş verib.
Modern.az xəbər verir ki, bu barədə “UNİAN” agentliyi məlumat yayıb.
Bildirilib ki, ilk yanğınsöndürmə briqadası hadisə yerinə gələndə yanğının mənbəyinin ikinci mərtəbədə olması bilinib. Yanğına səbəb partlayış olub.
Hadisədən dərhal sonra “DXR”-in administrasiya rəhbəri Aleksey Kulevzin dəmiryol vağzalına “HİMARS” zenit raket kompleksinin mərmisi düşdüyünü bildirib.