Lənkəranda dostlar yumaq üçün götürdükləri avtomobillə ağır qəza törədiblər.
“Report”un Cənub bürosunun məlumatına görə, avtoyuma məntəqəsində çalışan Lənkəran şəhər sakinləri – 2000-ci il təvəllüdlü Taleh Aydın oğlu Abdullazadə və 2006-cı il təvəllüdlü İsmayıl Ümid oğlu Xansuvarlı avtomobili yumaq adı ilə dostlarından alaraq idarə ediblər.
Sükan arxasına keçən T.Abdullazadə yolda avtomobili yüksək sürətlə idarə edib və idarəetməni itirərək onu yol kənarındakı elektrik dirəyinə, sonra isə qaz tənzimləyicisinə çırpıb.
Nəticədə avtomobildə sərnişin qismində olan İ.Xansuvarlı hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
11:57
Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb.
Hadisə şəhərin Hənifə Abdullayev küçəsində baş verib.
Belə ki, “Hundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaztənzimləyici qurğuya və elektrik dirəyinə çırpılıb. Nəticədə xəsarət alan iki nəfərdən biri hadisə yerində ölüb. Digər yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.