
Qırğızıstan Daxili İşlər Nazirliyi kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinən şəxsləri qandallayıb.
Modern.az xəbər verir ki, həbs olunanlar keçmiş dövlət qulluqçularıdır.
Onaların sayı 10-dan çoxdur.
Saxlanılan şəxslərlə bağlı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq” maddəsi ilə cinayət işi başlanıb.
Xüsusi istintaq hərəkətləri zamanı başlanmış cinayət işi çərçivəsində saxlanılan şəxslərin qanunsuz olaraq hakimiyyəti ələ keçirməklə kütləvi iğtişaşların təşkilində və hazırlanmasında iştirak etmələri barədə sübutlar əldə edilib.