Döyüşdən qaçan 10 erməni zabit məsuliyyətə cəlb edilir

Ermənistan ordusunun 10 hərbçisi Vətən Müharibəsi zamanı öz hərbi öhdəliklərini icra etməməkdə ittiham olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, 2020-ci il oktyabrın 18-də hərbi vəziyyət şəraitində hərbi hissələrdən birinin 2-ci atıcı batalyonu döyüş əməliyyatlarında iştirak üçün yola çıxıb. Amma batalyonun bir sıra hərbçiləri, o cümlədən, batalyon komandiri və 9 zabit hərbi öhdəliklərini icra etməkdən boyun qaçıraraq daimi dislokasiya yerinə qayıdıblar.

 

Faktla bağlı toplanmış materiallar məhkəməyə verilməsi üçün prokurora göndərilib.

Mənbə

Share: