Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.
DSX-nin Mətbuat Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
– Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
– 35 yaşı keçməməli;
– Fiziki cəhətdən sağlam olmalıdırlar.
Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.
Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:
– Həkim-terapevt;
– Həkim-ümumi cərrah;
– Həkim-stomatoloq;
– Həkim-sanepidemioloq;
– Həkim-dermatoloq;
– Həkim-infeksionist;
– Həkim-otolarinqoloq;
– Həkim-laborant;
– Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;
– Feldşer;
– Feldşer-laborant;
– Diş texniki.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
– Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
– Fiziki cəhətdən sağlam olmalı;
– Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.