27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının əməkdar artist, rejissor Bəhruz Vaqifoğlunun “Sən qayıdacaqsan” adlı pyesi əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunub.
Bu barədə Modern.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən bildirilib.
Tarix boyu Azərbaycan xalqına qarşı xüsusi amansızlıq və qəddarlıqla törədilən kütləvi qırğınlardan, müharibələrdə yaxınlarını itirən insanların acı taleyindən bəhs edən tamaşada Vətən müharibəsi iştirakçıları, DTX-nin əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak ediblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.