“DTX onları həbs etməklə xalqımızın ən böyük arzularından birini reallığa çevirib

Martın 28-i Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) peşə bayramıdır.

Mövzu ilə bağlı Milletinsesi.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, DTX-nın dövlət təhlükəsizliyinin təmininə böyük töhfələr verdiyini bildirib:

“Hər bir dövlətin təhlükəsizliyinin qorunmasında, dövlətçilik ənənlərinin möhkəmlənməsində dövlət təhlükəsizlik orqanları müstəsna rol oynayır. Azərbaycan DTX-sı da müstəqilliyimizin qorunmasında, təhlükəsizliyimizin təminində mühüm addımlar atıb.  

Ulu öndər hakimiyyətə gələndən sonra dövlət quruculuğu prosesinə başlanıldı. Təhlüksəziliyimzin təminatı üçün böyük işlər görüldü. O zaman Azərbaycan dövləti ciddi təhlüklərlə üz-üzə idi. Ümummili liderin uzaqgörənliyi və siyasi səriştəsi sayəsində bu təhlükələr ortadan qaldırıldı.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə də dövlət təhlükəsizliyinin qorunması istiqamətində ardıcıl addımlar atıldı.

DTX ərazi bütövlüyümüzün qorunmasında da mühüm rol oynayıb. Torpaqlarımızın azad edilməsində yaxından iştirak edib. 8 Noyabr zəfərinin əldə edilməsinə də böyük töhfələr verib.

DTX-nın ən böyük xidmtlərindən biri də Azərbaycana qarşı cinayət törədən separatçıların həbsi ilə bağlıdır. DTX bu işdə də böyük əmək və fədakarlıq ortaya qoyub. Biz bu istiqamətdə bir sıra mühüm addımların atıldığına şahid olmuşuq. Uzun illər Azərbaycana qarşı terror aktları törədən, qətllər həyata keçirən, xalqımıza faciələr yaşadan separatçıların həbsi buna nümunədir. Bu insanların həbsi xalqımızın ən böyük arzularından biri idi. DTX bunu təmin etdi və bu gün həmin şəxslər Bakıdakı məhkəmədə ifadə verir, etdiyi əməllərlə bağlı etiraflar səsləndirirlər.

Bütün bunlar onu göstərir ki, DTX öz fəaliyyətini uğurla həyata keçirir. Dövlət təhlükəsizliyimizin qorunmasını, xalqımıza, dövlətimizə qarşı ağır cinayətlər törədən şəxslərin həbs edilərək qanun qarşısına çıxarılmasını təmin edir. İnanıram ki, DTX gələcəkdə də bu istiqamətdə öz uğurlarını davam etdirəcək, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanacaq.

Peşə bayramı münasibətilə bütün DTX əməkdaşlarını təbrik edir, şərəfli fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayırıq”.

Seymur ƏLİYEV

Share: