Dubayda güclü yanğın – 16 nəfər öldü

Dubayda güclü yanğın – 16 nəfər öldü

Dubayda yaşayış binasında genişmiqyaslı yanğın baş verib.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində azı 16 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

 

Rəsmilər bildiriblər ki, yanğına səbəb binanın təhlükəsizlik tələblərinə cavab verməməsi olub.

 

Yanğınsöndürənlər dərhal hadisə yerinə gəlib və binanı təxliyə ediblər. İlkin ehtimala görə, yanğın dördüncü mərtəbədən başlayıb.

Mənbə

Share: