Rusiya Dövlət Duması Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Sazişi (START) ilə bağlı ölkə prezidenti Vladimir Putinin qərarını təsdiqləyib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, parlament Rusiyanın sazişdən çıxması barədə qanun qəbul edib.
Qeyd edək ki, dünən Putin Federal Məclisə illik müraciət çıxışında bu barədə qərarını elan etmişdi.