Dumana görə görmə məsafəsi azalacaq

Sentyabrın 30-da gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Ələt-Qazax, Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Göyçay-Ucar, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Xaldan-Mingəçevir, Şuşa-Füzuli, Füzuli-Cəbrayıl-Mahmudlu, Goranboy-Tərtər, Bərdə-İstisu, Xankəndi-Xocavənd, Ucar-Zərdab-Ağcabədi, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ələt-Astara, Salyan-Neftçala, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə Millətin Səsi.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Share: