Dünya çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

 

66 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda özbəkistanlı İnoyat Telmanova qalib gəlib.

 

14:49

 

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

 

60 kq çəki dərəcəsində yer alan idmançı Fransa təmsilçisi Johan Qbinqbehi ilə dueldən qalib ayrılıb.

 

Daha əvvəl Əbil Yusubov (66 kq) eyni nəticəni göstərib.

 

66 kq-da yer alan digər cüdoçu Cəsur İbadlı 1/8 finalda braziliyalı Antonio Roçaya, qız cüdoçulardan 48 kq-dakı Vüsalə Hacıyeva isə eyni raundda özbəkistanlı Zarina Camalovaya yenilib.

 

14:23

 

Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

 

66 kq çəki dərəcəsində çıxış edən idmançı ukraynalı Danilo Fedoriki məğlub edərək 1/4 finala yüksəlib.

 

52 kq-da isə Xədicə Qədəşova 1/16 finalda serbiyalı Mina Qaciçi üstələyib.

 

13:50

 

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı Xorvatiyada təşkil olunan dünya çempionatında növbəti görüşünə çıxıb.

 

66 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Tom Bulociniçlə qarşılaşıb.

 

Görüşü qələbə ilə başa vuran İbadlı 1/8 finalda braziliyalı Antonio Roçaya rəqib olub. O, daha əvvəl paraqvaylı Aqustin Ledesmanı mübarizədən kənarlaşdırmışdı.

 

13:12

 

Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Xorvatiyada təşkil olunan dünya çempionatında qələbə qazanıb.

 

60 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Belçikanı təmsil edən Amsar Camaldinovu məğlub edib.

 

12:56

 

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında qələbə qazanıb.

 

66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Mişiqtoqo Tsedendamba (Monqolustan) ilə üz-üzə gəlib.

 

Rəqibinə qalib gələn Yusubov növbəti mərhələyə yüksəlib.

 

12:38

 

Azərbaycanın iki yeniyetmə cüdoçusu Cəsur İbadlı və Vüsalə Hacıyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıblar.

 

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən İbadlı 1/32 finalda Paraqvay təmsilçisi Aqustin Ledesmaya qalib gəlib.

 

48 kq-da isə Hacıyeva 1/16 finalda ispaniyalı Klaudia Pla Belmontedən güclü olub.

 

Qeyd edək ki, bu gün, həmçinin, Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) və Xədicə Qədəşova (52 kq) tatamiyə çıxacaqlar. Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

 

Mənbə

Share: