Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

 

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında medal qazana bilməyib.

65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu bürünc medal uğrunda qarşılaşmada Macarıstan təmsilçisi İsmail Musukayevə uduzub.

Bu gün həmçinin 97 kq-da yer alan Maqomedxan Maqomedov bürünc medal görüşündə iranlı Məhəmmədhüseyn Məhəmmədianla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Mənbə

Share: