Dünya çempionatının ikiqat qalibi oldular

Dünya çempionatının ikiqat qalibi oldular

Serbiya millisi qadın voleybolçular arasında dünya çempionatının ikiqat qalibi olub.

 

Modern.az xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən final oyununda Serbiya millisi Braziliya yığmasını 3:0 (26:24, 25:22, 25:17) hesabı ilə məğlub edib.

 

Üçüncü yer uğrunda oyunda İtaliya ABŞ komandasına qalib gəlib – 3:0 (25:20, 25:15, 27:25).

 

Qeyd edək ki, Serbiya turnirdə məğlub olmayan yeganə komanda olub. Onlar ikinci dəfə dünya çempionatının qızıl medallarını qazanıblar. Serbiya seçməsi ilk çempionluğunu 2018-ci ildə əldə edib.

Mənbə

Share: