Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi “Arsenal”dan Şkodran Mustafini heyətinə qatıb.
Almaniya yığmasının da üzvü olan 28 yaşlı futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, “Hamburq”un yetirməsi olan Mustafi 2016-cı ildən “Arsenal”da çıxış edirdi. Şkodran 20 oyuna çıxdığı Almaniya yığmasının heyətində 2014-cü ildə dünya çempionu olub.