Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kuboku yarışında qızıl medal qazanıb.
Bu haqda Qol.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məkumat verilib. Pərvin Məmmədov 49 kiloqram çəki dərəcəsinə qədər kişilərin yarışmasında ən yaxşı nəticəni göstərib. O, 140 kiloqram çəkini qaldıraraq birinci yeri tutub.
Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı idmançı Slavomir Symanski ilə qazanıb. Səudiyyə Ərəbistan Krallığından olan idmançı Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yerə layiq görülüb.
Bu qələbə ilə Pərvin Məmmədov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.