
Fransa millisinin sabiq hücumçusu Jüst Fonten 89 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi onun yaxınlarına istinadən məlumat yayıb.
Fonten karyerası ərzində “Reyms” (1956-1962), “Nitsa” (1953-1956) və Mərakeşin “Kasablanka” (1950-1953) komandalırında çıxış edib. O, ümumilikdə 200-ə yaxın qol vurub.
Fonten Fransa milli futbol komandasında da çıxış edib, milli komandanın heyətində 30 qol vurub. 1958-ci ildə FIFA Dünya Kubokunda o, 13 qol vuraraq bir çempionatda vurulan qolların sayına görə rekordçu olub.
2020-ci ildə Fonten Fransanın Fəxri Legion ordeni ilə təltif edilib.